NASA Rusiyadakı işçilərini ixtisar etdi

media-hightechnic-468x90

Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Vaşinqton və Moskva arasında yaranan gərginlik fonunda ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Rusiyadakı işçilərini ixtisar edib.

Yenicag.az xəbər verir ki, bunu “SpaceNews”a müsahibəsində ABŞ Kosmik Agentliyinin rəis müavini Pam Melroy deyib.

“Biz adətən Rusiyadakı əməkdaşlarımızdan bir az narahat oluruq (vəziyyətdən – red.). Bunun nəticələrindən biri Rusiyada işçilərin ixtisarıdır”, – deyə ifadə edib.

Melroyun sözlərinə görə, NASA həmişə fövqəladə vəziyyət planlarını nəzərdən keçirir.

“Biz NASA-yıq, ona görə də həmişə hər cür planlardan danışırıq. İndi hər şey çox peşəkarcasına və çox əlaqələndirilmiş şəkildə işləyir”, – deyə o əlavə edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa