!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

NATO-dan Kiyevə “SİQNAL” - Ukrayna SQ Baş Qərargahının sabiq rəisi "Yeniçağ"a yazır

!Reklam – Yazi

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi Viktor Mujenkonun ölkəsi ilə Rusiya arasında mümkün hərbi toqquşmaya dair özəl olaraq, Yenicag.ru-ya yazdığı məqaləni təqdim edirik:

Son iki ayda bır sıra Rusiyalı və beynəlxalq hərbi analitiklər, habelə mütəxəssislər rus ordusunun Ukraynaya qarşı mümkün açıq təcavüz hərəkətlərinin səbəbləri və həmin variantlarla bağlı fikirlərini səsləndirdilər. Rusiyanın açıqladığı təcavüzkarlıq məqamlarının əksəriyyəti hələ 2017-2018-ci illərdə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahında işlənmiş və strateji planlaşdırma sənədlərində öz əksini tapıb.

O dövrdə Rusiya təcavüzünü dəf etmək üçün mümkün variantlar qoşunlarımız (Qüvvələrimiz) tərəfindən, demək olar ki, eyni məzmunda və bu gün də mövcud olan təhdidlərə uyğun təlimlərdə işlənib hazırlanıb. Təcrübədən çıxış edərək deyə bilərəm ki, açıq təcavüz variantlarından hər biri özünə haqq qazandırmaq cəhdi olmaqla yanaşı, reallıqda onların heç biri həyata keçməyəcək.

Məncə, Ukraynaya qarşı indiki mümkün açıq Rusiya təcavüzünün bir xüsusiyyəti də qruplaşmalar yaratmadan, hərbi komandanlıq və idarəetmə sistemlərinin əlavə elementlərini yerləşdirmədən döyüş əməliyyatlarına başlamaq ola bilər. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən, xüsusən də “Mərkəz” və “Vostok” təlimləri zamanı bu, tam olaraq işlənib hazırlanmışdı. Rus qoşunları və qüvvələrinin istifadəsi üçün hərb sənətinin klassik anlayışından fərqli bir çox “maraqlı” seçim ola bilər.

2021-ci ilin fevralında Ukrayna Silahlı Qüvvələri rəhbərliyinin bəzi hərbi vəzifəlilərinə rusların Ukraynaya qarşı bir informasiya-psixoloji əməliyyatı başlatdığı ilə bağlı əlamətlər olduğuna dair xəbərdarlıq etmişdim. Təcrübəyə görə, hazırlıq mərhələsi 1,5-2 ay davam edir və sonra aktiv fazaya keçid başlayır – Rusların real hərəkətləri Ukrayna sərhədləri ətrafında və Krımda qılınc səsləri ilə başladı, həmçinin mediada aqressiv ritorika da get-gedə artır.

Bildiyiniz kimi, 9 mayda Rusiyada “militarizmin dumanlı zirvəsi” kimi bir parad keçiriləcək. Eyni zamanda, bəlkə də hərbi əməliyyatların Donbasdakı təmas xətti və ya Krımla sərhəddəki bəzi təxribatlarla səsləşən başqa bir mərhələsi olacaq. Onlar həqiqi fəaliyyətə keçəcəklərmi? Mümkündür. Ukraynanın müstəqilliyinin 30 illiyinin yalnız Ukrayna üçün deyil, həm də Putin üçün bir tarix olduğu da nəzərə alınmalıdır. Bu bayramı qeyd etmək Rusiyadakı ukraynalılara və onların liderlərinə sərfəlidirmi? – Qətiyyən yox! Bəlkə Putinin hansısa rəmzi tarixlərə bağlılığı var? – Bəli!

Təbii, bu yay Rusiyanın aqressiyası daha da arta bilər. Bəs biz buna necə rekasiya verəcəyik, buna necə davam gətirəcəyik? Vəziyyətə adekvat olmayan bəzi yersiz hərəkətlər edilə və qərarlar qəbul oluna bilər, bununla da Rusiyaya Ukraynaya qarşı müharibə elan etmək üçün səbəb verə bilərik. Digər tərəfdən, düşmənləri çaşdırmaq üçün təcavüzkarlığa qarşı siyasi, informasiya, diplomatik, hərbi, iqtisadi sahələrdə bir çox gizli kompleks tədbirlər həyata keçirmək mümkündür. Əlbəttə, bu, dövlətin maddi qaynaqlarının, resurslarının istifadəsində bir çox strateji, analitik, intellektual qərarlar tələb edir. Məsələn, indi bunun Ukrayna Silahlı Qüvvələrindən başqa kimə lazım olduğunu bilmirəm.

ABŞ və NATO tərəfdaşları açıq bir siqnal verdi: Uşaqlar, bunlar hamısı ciddi şeylərdir, nəsə bir şey edin.

www.yenicag.az

912
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv