NATO əl-ayağa düşüb: Ərdoğana zəng növbəsinə durublar

media-hightechnic-468x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon danışığı baş tutub.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, Ərdoğan Türkiyənin NATO-nun “açıq qapı” siyasətini səmimi şəkildə dəstəklədiyini deyib.

İsveç və Finlandiyanın NATO-ya üzvlüyü barədə Türkiyənin qəti mövqeyini bir daha ifadə edən Ərdoğan bu ölkələrin, xüsusilə terrorla mübarizədə həmrəy olacaqlarını açıq şəkildə göstərməyəcəkləri təqdirdə rəsmi Ankaranın sözügedən məsələyə müsbət yanaşmayacağını qeyd edib.

Xatırladaq ki, gün ərzində Ərdoğanın  Finlandiya və İsveç rəhbərləri ilə də telefon danışığı olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600