NATO genişmiqyaslı təlimlərə başladı

media-hightechnic-468x90

28dae2bb37c589bd8b68cbf4e7fad503Şərqi Avropada NATO-nun “Müttəfiqlik qalxanı” adlı genişmiqyaslı təlimləri başlayıb.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, təlimlərdə alyansa üzv olan 19 ölkədən və 3 tərəfdaş ölkədən 15 mindən çox hərbçi iştirak edir.

“Təlimlər müdafiə xarakteri daşıyır, cənub və şərq istiqamətlərdəki təhlükələrlə bağlı NATO-nun təhlükəsizliyinin möhkəmləndirilməsinə dair tədbirlərin bir hissəsidir. Təlimlər operativliyin, habelə alyans ölkələrinin və tərəfdaşlarının döyüş hazırlığının artırılmasına istiqamətləndirilib”, deyə məlumatda bildirilir.

Təlimlər iyunun 28-dək davam edəcək və Baltikyanı ölkələr, Polşa və Rumıniya ərazisini əhatə edəcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa