!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

NATO-nun Ukraynada HƏRBİ MÖVCUDLUĞU: 10 hərbi baza, 12 min əsgər – Rusiya narahatdır

Reklam: Sinerji Pro

Rusiyalı jurnalist Aleksandr Kots NATO-nun Ukraynda həyata keçirdiyi fəaliyyətin bir sıra detallarını açıqlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə kp.ru-da məqalə dərc etdirən jurnalist NATO-nun Ukraynada yerləşdirdiyi hərbi baza və canlı qüvvə haqda məlumatları təqdim edib.

Kotsun iddiasına görə, hazırda NATO-nun Ukraynada 10 hərbi bazası mövcuddur. Adıçəkilən postsovet ölkəsinə ABŞ-nin 4 min, NATO-nun digər üzv ölkələrindən isə 8,3 min hərbçi gətirilib.

Jurnalisti məlumatlandıran mənbənin iddiasına əsasən, Lvov yaxınlığındakı Yavorsk poliqonunda ABŞ, Böyük Britaniya, Kanada, Danimarka, İsveç, Polşa və Latviyadan ümumilikdə 400 döyüşçü xidmət keçir.

Qeyd olunur ki, bu ilin aprelində orada çalışan NATO mütəxəssisləri Ukraynanın 8 briqadaısna və 13 taboruna təlim keçiblər. Bundan başqa, amerikalı kəşfiyyatçıların ABŞ-ın Ukrayna üçün Oçakovoda tikdikləri Gəmilərin Operativ İdarəetmə Məntəqəsində yerləşdirildikləri də bildirilir.

Eyni zamanda, Mariupol və Berdyanskda ABŞ-nin dəstəyi ilə iki hərbidəniz bazasının inşası davam etdirilir. Həmin bazaların NATO tərəfindən də istifadə ediləcəyi ehtimal olunur.

www.yenicag.az

228
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100