!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

NATO-ya alternativ MODEL təklifi: Avropa ölkələri hazırlıqlara başladı – Alyansın dağılması narahatlıqları

!Reklam – Yazi

“Rusiya Ukraynaya hücumla faktiki olaraq Avropanın daxilindədir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Rusiya-Ukrayna müharibəsi fonunda Avropa İttifaqının (Aİ) hava hücumundan müdafiəsini gücləndirmək istəyini şərh edən politoloq Yusif Bağırzadə deyib.

Yusif Bağırzadə bildirib ki, Avropa İttifaqının vahid hava hücumundan müdafiə sistemi məsələsi baş tuta bilər.

“Böyük Britaniyanın Brexit prosesindən sonra Avropa İttifaqında mütəmadi olaraq vahid ordunun yaradılması yönündə fikirlər səsləndirilir. Hətta NATO-ya alternativ modelin yaradılması da zaman-zaman təklif olunur. Donald Tramp prezident olarkən NATO-ya üzv olan ölkələrin rüsumlar ödəməsini tələb edən zaman Avropada narahat olmağa başladılar ki, NATO dağıla bilər”, – deyə o əlavə edib.

Politoloqun sözlərinə görə, artıq Avropa ölkələri bu dövlətlərin hava hücumundan müdafiə sisteminin yaradılması yönündə işlər görmək istəyir.

“Bu, Rusiya-Ukrayna müharibəsi fonunda baş verir. Bu fikirlərə alternativ fikirlər də var. Bəzi ölkələr bildirir ki, yeni quruma ehtiyac yoxdur, NATO dəfələrlə sınaqdan çıxıb. Məsələ ondadır ki, NATO dövlətlərinin çoxu elə Avropa İttifaqının üzvüdür.

Baltikayni ölkələr, daha sonra isə Finlandiya və İsveçin Alyansa üzv olmasından sonra NATO ilə Rusiya sərhədləri böyüdü. Digər tərəfdən isə Rusiya Ukraynaya hücumla faktiki olaraq Avropanın daxilindədir. Ona görə də, Avropa ölkələri narahatdır və ola bilsin, vahid hava hücumundan müdafiə sistemi məsələsi baş tutsun”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

421
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv