Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Naxçıvanda “Azərbaycan - Türkiyə gənclərinin beynəlxalq zəfər düşərgəsi” keçirildi - FOTO

Azərbaycan və Türkiyə gənclərinin iştirakı ilə “Beynəlxalq zəfər düşərgəsi”nin Naxçıvan şəhərində açılışı baş tutub.

Azərbaycan Respublikasının Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər Fondu və Türkiyə Respublikasının Gənclik Vaqfının (TÜGVA) birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qazanılan zəfərin iki ölkənin gəncləri arasında təbliği, qardaş ölkə gənclərinin əməkdaşlığının daha da inkişaf etdirilməsi, hər iki ölkə gəncləri arasında müxtəlif sahələrdə birgə tədbirlər və layihələrin artırılmasıdır.

Açılışdan əvvəl düşərgə iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib və Heydər Əliyev muzeyi ilə tanış olublar. Hər iki dövlətin himni və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Türkiyə Gənclər Fondunun icraçı direktoru Enes Eminoğlu, Naxçıvan MR-nın Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, Qazi mayor Təbriz Zeynalov, qazi kapitan Ümman Məmmədov çıxış ediblər.

Natiqlər  Vətən müharibəsindən, iki ölkə arasındakı qardaşlıq əlaqələrindən, Türkiyə Gənclər Fondu və Azərbaycan Gənclər Fondunun bu günədək ortaq həyata keçirdiyi layihələrin əhəmiyyətindən, hər iki ölkə gənclərinin ortaq maraqları əsasında davam edəcək sıx əməkdaşlıq və planlardan söz açıblar.

Daha sonra bədii hissəylə davam edən tədbir Naxçıvan Dövlət Filarmoniyası Kamera Orkestri və Şərur Xalq Yallı Ansamblının çıxışları ilə yekunlaşıb.

25-31 iyul tarixlərində keçiriləcək düşərgədə Türkiyə və Azərbaycanın müxtəlif bölgələrindən gənclər iştirak edirlər. Düşərgədə iştirak edən gənclərə vətənpərvərlik ruhunun aşılanması məqsədilə qəhrəman qazilərimiz ilə görüşlər təşkil olunacaq, tarixi qələbəmizi şərtləndirən əsas amillər haqqında düşərgə iştirakçılarına geniş məlumat veriləcəkdir.

Bununla yanaşı, iki ölkə gənclərinin ortaq mədəniyyətinin öyrənilməsi, ölkələrimizin tarixi haqqında gənclərin maarifləndirilməsi, eyni zamanda 2021-ci ilin Türkiyədə “Yunus Əmrə və Türk dili”, ölkəmizdə isə “Nizami Gəncəvi” ili elan olunması ilə əlaqədar iştirakçılar arasında intellektual yarışlar və bir sıra ədəbi bədii tədbirlər təşkil ediləcəkdir.

İdman və əyləncə proqramları ilə davam edəcək düşərgədə gənclərin dünyanın ən qədim şəhər məskənlərindən biri olan Naxçıvanın zəngin tarixi və mədəni irsi ilə də yaxından tanış olmaları nəzərdə tutulub.

 

www.yenicag.az

248
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100