Naxçıvanda “AzSamand”la “VAZ” toqquşdu

media-hightechnic-468x90

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

Yenicag.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “AzSamand” markalı yük avtomobili və “VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər köməksiz vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşların avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilməsi təmin edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600