!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Naxçıvanda yeni sənaye zonası yaradılır

!Reklam – Yazi

“Hansısa coğrafi bölgədə sənaye zonaları o zaman mümkün olur ki, orada qiymətləndirmələr aparılır, həmin bölgənin iqtisadi potensialı və onu hərəkətə gətirmək yolları müəyyən edilir”.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iqtisadiyyat nazirinin müşaviri Xəqani Abdullayev deyib. O bildirib ki, coğrafi meyarlar və digər amillər nəzərə alınaraq sənaye zonaları yaradılır:

“Qarabağda iki sənaye parkı fəaliyyətə başlayıb. Qarabağda sənaye zonalarında mindən çox yeni iş yerlərinin yaradılması nəzərdə tutulur. Naxçıvanda yeni sənaye zonası yaradılmaq üzrədir. Hacıqabulda isə sənaye məhəlləsi statusunu sənaye parkına çevirmək prosesi gedir. Gəncədə də yeni sənaye zonasının yaradılmasına başlanılıb. Maksimum çalışırıq ki, həmin iqtisadi səmərəlilik meyarları əsasında bu və ya digər zonada sənaye parkı və məhəllərinin sayını artıra bilək”.

Qeyd edək ki, deputat Vahid Əhmədov son vaxtlar sənaye parklarının Bakı və ətrafında yaradıldığını deyib. O təklif edib ki, hər bölgədə sənaye parkı yaradılsın və yeni iş yerləri açılsın./unikal

www.yenicag.az

123
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv