!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Naxçıvanın icra başçısı qəzaya düşdü - FOTOLAR

!Reklam – Yazi

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov yol qəzası keçirib.

Yenicag.az xəbər verir ki, bu barədə jurnalist Sara Əzimova məlumat verib.

Bildirilib ki, hadisə bu gün axşam saatlarında Naxçıvan şəhəri Əliabad qəsəbəsi ərazisindən keçən Naxçıvan – Şərur avtomobil yolunda baş verib.

Şərur istiqamətində hərəkət edən “Mitsubishi L-200” markalı avtomobil idarəetməni itirərək əvvəlcə “Hyundai” markalı avtomobilə, ardınca isə Naxçıvan şəhəri istiqamətində hərəkət edən M.Seyidovun şəxsi avtomobilinə çırpılıb. Avtomobildə tək olan M.Seyidov xəsarət almayıb.

Digər avtomobilin sürücüsü isə yüngül zədələnib. Avtomobillər ağır zərbədən yararsız hala düşüb.

www.yenicag.az

236
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv