!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Nazənin ACIQ VERDİ: ”Uğuruma partlayırlar”

!Reklam – Yazi

“Bilib-bilmədən sosial şəbəkədə ağızlarına gələni yazırlar…”

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış müğənni Nazənin Salayeva “Xəzər axşamı”nda deyib.

Bir müddət öncə üzündə estetik əməliyyat etdirən sənətçi sosial şəbəkələrdə ünvanına yazılan tənqidlərdən danışıb.

Müğənni tənqidlərə əhəmiyyət vermədiyini bildirib:

“Mən estetik əməliyyat etdirəndə bütün tənqidlərə hazır idim. Əməliyyatdan17 gün sonra efirə çıxmışdım, heç tikişlərim də sökülməmişdi. Üzümdə şişkinliklərim var idi, başladılar hərə bir söz yazmağa. Bəzən heç bilmirlər insan əməliyyat etdirib, ya etdirməyib, hamıya eyni sözü yazırlar ki, Maykl Ceksona oxşayırlar.

Ümumiyyətlə, yazılanlara fikir vermirəm. Əksinə, sevinirəm ki, mənim uğurum var, bunlar partlayırlar”.

Nehru

www.yenicag.az

178
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv