Nazir Avstraliyadan olan nümayəndə heyətini qəbul etdi

media-hightechnic-468x90

downloadAzərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Avstraliya parlamentinin nümayəndə heyətini qəbul edib.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, görüş zamanı ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün parlamentlərarası diplomatiyanın əhəmiyyəti vurğulanıb və bir sıra sahələrdə əməkdaşlıq imkanları qeyd edilib. Nazir Elmar Məmmədyarov bu səfərin Azərbaycanla Avstraliya arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Regionda cərəyan edən hadisələrə toxunan Elmar Məmmədyarov parlamentarilərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verərək münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə beynəlxalq səviyyədə tanınmış sərhədlərə və dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət çərçivəsində həll olunmasının vacibliyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600