Kəmaləddin Heydərov sürüşmə zonasında

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bayıl yamacındakı sürüşmə ərazisinə baxış keçirib.

Nazirliyin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, yanvarın 26-da fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə ilə bağlı əraziyə baxış keçirib.

Nazir sürüşmə ərazisindəki vəziyyətlə tanış olub, operativ şəkildə lazımi işlərin görülməsi ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.