Nazir müavini BMT-də

media-hightechnic-468x90

88373Birləşmiş Millətlər Təşkilatında “Demoqrafik dividend və gənclərin məşğulluğu” mövzusunda keçirilən yüksək səviyyəli tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, tədbiri giriş nitqi ilə BMT Baş Assambleyasının Prezidenti Sam Kutesa açıb. Daha sonra BMT Baş katibi Ban Ki-mun və tədbir iştirakçılarını salamlayıb. Sessiya öz işini “Demoqrafik dividenddən necə bəhrələnmək olar” və “Gənclərin işlə təmin edilməsi üçün hansı addımlar atılmalıdır” adlı panellərdə davam edib. Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Braziliya və Boliviya nümayəndə heyətləri arasında ikitərəfli görüşlər keçirilib. Görüşlər çərçivəsində ölkələr arasında gənclərlə iş sahəsində əlaqələrin qurulması və genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Tədbirin nəticəsi olaraq iyun ayının ortalarında bu mövzu ilə bağlı BMT Baş Assambleyası Prezidentinin yekun hesabatı təqdim olunacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600