Tatarıstanın səhiyyə nazirinin müavini Yelena Şışmaryova mənzilində ölmüş vəziyyətdə aşkar edilib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Şışmaryovanın özünə qəsd etdiyi ehtimal olunur.
O da bildirilir ki, nazir müavini bir neçə gün əvvəl fırıldaqçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli sayılıb. Bu üzdən də o, ev dustaqlığında saxlanılırdı.