Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Nazir müavini mühüm görüş keçirdi

67187Bu gün ədliyyə nazirinin müavini Toğrul Musayev Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri Draqana Filipoviçlə görüşüb.
Yenicag.az apa-ya istinadən xəbər verir ki, görüşdə Avropa Şurasının Azərbaycan üçün 2014-2016-cı illər üzrə Fəaliyyət Planının icrası vəziyyətinə dair müzakirələr aparılıb.

Fəaliyyət Planının səmərəli və vaxtında həyata keçirilməsində hər iki tərəfin maraqlı olduğunu bildirən nazir müavini bu istiqamətdə müəyyən işlərin görüldüyünü vurğulayıb, Avropa Şurasının Bakıdakı Ofisi ilə qarşılıqlı fəaliyyət çərçivəsində birgə layihələrin Fəaliyyət Planına uyğun hazırlanaraq uğurla icra olunacağına əminliyini ifadə edib.

Sözügedən Planın həyata keçirilməsində Azərbaycan dövlətinin siyasi iradəsinin olduğunu bildirən D. Filipoviç təmsil etdiyi qurumun Ədliyyə Nazirliyi ilə sıx əməkdaşlığını qeyd edib. O, Plana uyğun olaraq təşviq olunan layihələrin ayrı-ayrı məqsədlərindən və icrasının təşkilindən danışıb, Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində hazırlanmış digər layihələr barədə məlumat verib.

Görüşdə Azərbaycan Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, ölkəmizin İnsan Hüquqları üzrə Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov da iştirak edib.

www.yenicag.az


Paylaşılan Hostinq

1.49 ₼ -dan başlayan qiymətlərlə

* 5GB Disk Həcmi

* Limitsiz Trafik

* 1 Hesabdakı saytlar

* 5 Subdomen

* 10 E-poçt

Daha ətraflı məlumat üçün: https://hostimul.com/hostinq-almaq

750