Nazir rəisi işdən çıxardı

media-hightechnic-468x90

huseyn2Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarəti Xidmətinin rəisi Mirzağa Mirzəyev tutduğu vəzifədən azad olunub.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə ETSN-nin kollegiya iclasında qərar qəbul olunub.

Buna səbəb kimi onun vəzifəsinin icrasında kifayət qədər prinsipiallıq göstərməməsi və işində nöqsanlara yol verməsi göstərilib.

Kollegiya iclasının qərarı ilə işlərində yol verdikləri nöqsanlara görə ərazi ekologiya və təbii sərvətlər şöbələrinin, meşə mühafizəsi və bərpası müəssisələrinin, xüsusi mühafizə olunan təbiət ərazilərinin bir neçə rəhbər işçisinə xəbərdarlıq edilib.

Nöqsanlara yol vermiş müəssisə rəhbərlərinin izahatları dinlənilib, qısa müddət ərzində onların aradan qaldırılması üçün departament və onların tabeli qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verilib, bir sıra Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrinin fəaliyyəti ilə bağlı kompleks araşdırılma aparılması tapşırılıb(aznews)

media-ziraat-728x90

Nazir rəisi işdən çıxardı

media-hightechnic-468x90

83902Azərbaycan səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə Gəncə rayon Səhiyyə İdarəsinin rəisi Mehman Rzayev vəzifəsindən azad edilib.
Həmin vəzifəyə artıq yeni təyinat aparılıb. M.Rzayev isə başqa vəzifəyə keçirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-ə açıqlamasında sözügedən məlumatı təsdiqləyib.

Qeyd edək ki, Gəncə rayon Səhiyyə İdarəsi Səhiyyə Nazirliyinin strukturuna tabe olan qurumdur. Onun rəhbəri yerli icra hakimiyyəti orqani ilə razilaşdırılmaqla nazirin əmri ilə vəzifəsindən azad edilir və ya təyin edilir. (qafqazinfo.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600