!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Nazir Şahin Mustafayevin Çin "sevdası" - FOTO

!Reklam – Yazi

Mayın 12-22-də Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edəcək stolüstü tennisçilər müəyyənləşib. “Bakı-2017”nin yaydığı xəbərə görə, kişilərin yarışında Vəzir Allahverdiyev, Yu Xinhanq, Yang Xinyu və Vanq Çenxi birincilik uğrunda mübarizə aparacaqlar.

Qadınların mübarizəsində ölkəmizi Məryəm İmanova, Ninq Cing, Çen Xinqtai və Vanq Miao təmsil edəcəklər.

Ümumilikdə, Azərbaycan stolüstü tennis millisində 8 idmançı ilə təmsil olunacaq. Onlardan 6-sı (3 kişi, 3 qadın) çinli idmançıdır.

Yeniçağ.az “bizim çinlilər”lə bağlı bəzi məlumatları diqqətinizə çatdırır.

Onladan Yu Xinhanqdan başqa hamısı Avropa Oyunları ərəfəsi “milliləşib”. Adı çəkilən tennisçi isə bu ilin əvvəllərindən millimizdə rəsmi şəkildə çıxış edir.

Əldə etdiyimiz məlumata görə, yerli federasiya çinli idmançılarla anlaşarkən hər il müqavilə yeniləyəcəyinə söz verib. Hətta “milliləşmiş” idmançılarımıza hər ay maaş ödənilir. Həmçinin federasiya “bizim çinlilər”ə medal qazanacaqları təqdirdə dövlət tərəfindən ayrılacaq mükafatla bağlı xəbər də veriblər. Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbəri olduğu federasiya tərəfindən də mükafat vəd edilib.

Digər məlumatda isə bildirilir ki, federasiya həmin əcnəbilərlə sadəcə, IV İslam Həmrəylik Oyunları bitənə qədər anlaşıb. Oyunlar bitdikdən sonra idmançılar millimizin heyətini tərk edəcək.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis yarışları mayın 17-22-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunacaq.

Aygün İlqarqızı
Yeniçağ.az

www.yenicag.az

1044
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv