Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev 190 manatlıq birdəfəlik yardım üçün qeydiyyatdan keçərkən texniki səhvə yol verdiyinə görə imtina alan, lakin real olaraq bu yardımı alacaq şəxslərin kateqoriyasına daxil olan şəxslərin təkrar müraciət etməsinin mümkün olub-olmaması haqda danışıb.
Yenicag.az xəbər verir ki, nazir bildirib ki, bu gün yenidən müraciətlərə başlanılsa, manipulyasiya edilə bilər və hər faktiki yaşayış ünvanı kimi Bakını qeydə edə bilər: “Biz qeydiyyat ünvanını yoxlaya bilirik, amma faktiki yaşayış ünvanını yoxlaya bilmirik. İndi təkrar müraciət açılsa və hər kəs yaşayış ünvanı kimi Bakını qeyd etsə, necə olacaq? Həmçinin, son 3 ayın gəlirləri barədə bəyannamələr hələ verilməyib. Biz müraciət edən şəxslərin gəlirlərini yoxlaya bilməyəcəyik ki, bu şəxs aztəminatlı kriteriyalara uyğun gəlir ya yox.
Həmçinin, həqiqətən aztəminatlı olan şəxslərə ictimai işlər təklif edirik”./Qafqazinfo/
www.yenicag.az