Nazir üçtərəfli görüşü xatırlatdı

media-hightechnic-468x90

Gürcüstan İrəvan və Bakı arasında dialoqu diqqətlə izləyir və yaxın gələcəkdə sülh sazişinin imzalanacağına ümid edir. 

Yenicag.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Bojorişvili Tbilisidə azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında deyib.

Gürcü nazir ölkəsinin Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsində maraqlı olduğunu qeyd edib. O, həmçinin Azərbaycan, Ermənistan və Gürcüstan xarici işlər nazirlərinin müavinləri Elnur Məmmədov, Vahan Kostanyan və Laşa Darsaliyanın iştirakı ilə üçtərəfli formatı xatırladıb, onun potensialını qeyd edib.

Xatırladaq ki, üçtərəfli formatda ilk görüş bu il aprelin 17-də baş tutub./unikal

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600