Nazirdən yeni TƏYİNATLAR – Rəis müavini köməkçi oldu

Daxili İşlər orqanlarında növbəti təyinat olub.

Yenicag.az xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Urman Ağayev Zərdab Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini təyin edilib.

O, bundan əvvəl Mingəçevir Şəhər Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi vəzifəsində çalışıb.

Zərdab RPŞ-nin keçmiş xidmət rəisi, polkovnik-leytenant Bilal Nuriyev isə şöbə rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi vəzifəsinə gətirilib./Oxu.az/

COP29