Nazirlər Kabineti Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının tərkibinə dəyişiklik edib.
Yenicag.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, bundan sonra Şurada Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri də təmsil olunacaq.
***
Nazirlər Kabineti Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi qaydalarına dəyişiklik edib.
Yenicag.az xəbər verir ki, bununla bağlı müvafiq qərarı Baş nazir Əli ƏSədov imzalayıb.
Bildirilib ki, Nazirlər Kabinetinin qərarı Dövlət Taxıl Fonduna tədarük olunan, saxlanılmağa qoyulan, Fonddan istifadəyə buraxılan və Fondun yeniləşdirilməsi zamanı taxıl üçün tələblərin yeni AZS 888:2020 “Buğda. Texniki şərtlər” dövlət standartına uyğunlaşdırılmasını özündə ehtiva edir.
Sənədin tətbiq edilməsi, taxıl ehtiyatlarının yaradılması zamanı ərzaqlıq buğdanın yeni standartın tələblərinə uyğun tədarük edilməsinə, dövlət ehtiyatları kimi saxlanılan buğdanın keyfiyyət və təhlükəsizlik göstəricilərinin yüksəldilməsinə, nəticə etibarı ilə əhalinin daha keyfiyyətli un və çörək məmulatları ilə dayanıqlı təminatına imkan yaradacaq.
***
Nazirlər Kabineti “İnzibati orqanların Təsnifatı”nda dəyişiklik edib.
Yenicag.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu “İnzibati orqanların Təsnifatı”ndan çıxarılıb.