Nazirlik partlayış və ölüm xəbəri haqda açıqlama yaydı

media-hightechnic-468x90

98455Müdafiə Sənayəsi Nazirliyi ötən gün Şirvan şəhərində “Telemexanika” zavodunda baş vermiş yanğında daha bir qadının ölməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, zavodda sexlərin birində yaranmış qısaqapanma nəticəsində baş vermiş hadisə ilə bağlı Müdafiə Sənayesi Nazirliyi tərəfindən rəsmi məlumat verilib: “Rəsmi məlumat verilməsinə baxmayaraq, bəzi informasiya ağentlikləri hadisə nəticəsində xəsarət alanların səhhəti ilə bağlı ictimaiyyətə yanlış informasiyalar çatdırırlar. Bu təəssüf doğurur. Müdafiə Sənayesi Nazirliyi bir daha bildirir ki, hadisə zamanı xəsarət alan altı nəfər hazırda həkim nəzarəti altındadır”.

Qeyd edək ki, musavat.com saytı bu gün yanğından xəsarət alan daha bir qadının ölməsi barədə məlumat yayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600