Nazirlikdən açıqlama – Qiymətləndirmə keçiriləcək

Təhsil Nazirliyi məktəblərdə tədris bərpa olunduqdan sonra təxirə salınan mövzular üzrə böyük qiymətləndirmə həyata keçirməyi planlaşdırır.

Yenicag.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov deyib.

Onun sözlərinə görə, bu qiymətləndirmə nəticəsində teledərslərin nə qədər effektiv olduğu, şagirdlərin proqramdan geri qalıb-qalmadığı müəyyən olunacaq.

O.Abbasov qeyd edib ki, bunun nəticəsində müvafiq addımların atılması məqsədilə təkliflər hazırlanaraq hökumətə təkliflər təqdim ediləcək./Trend/