Reklam

Reklam

xezerada20152026Ekologiya və Təbii Sərvətlər Nazirliyi iş adamı Hacı İbrahim Nehrəmlinin Xəzər dənizinin sahilində tikdiyi “Xəzər adaları” layihəsinə müsbət rəy vermədiyini təsdiqləyib.

Yenicag.az xəbər verir ki, “Report”un sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, tikintinin layihəsi vaxtında nazirliyə təqdim olunmayıb və bu səbəbdən də qurum rəy verməkdən imtina edib:

“Burada əsas amil odur ki, bu şirkət tikinti işlərinə başlamazdan əvvəl, müvafiq sənədləri, o cümlədən ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini mövcud qanunvericiliyə əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırmalı idi. Lakin bu sənəd işlərə başlandıqdan xeyli sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunmuşdu. Həmçinin, ilkin vəziyyət öyrənilməmişdi, o cümlədən ətraf mühitə hansı təsirlər olacaqdı, dənizin ilkin vəziyyəti, tikinti ilə əlaqədar dənizin akvatoriyasına dəyəcək təsirlər, ziyan öyrənilməmişdi. Bütün bunları əvvəlcədən öyrənmədən və razılaşdırmadan işə başladıqlarına görə də biz ekoloji rəy verməkdən imtina etmişik”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Avesta Konsern”ə ərazidə şəhərcik salınması ilə bağlı gərəkən ekoloji rəyi verməkdən imtina etdiyi barədə məlumat yayılıb. Məlumata əsasən, nazirlik bununla bağlı kifayət qədər tutarlı əsaslar gətirib. Hacı İbrahim müxtəlif vasitələrlə nazir Hüseyn Bağırova təsir göstərməyə çalışsa da məqsədinə nail ola bilməyib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 53
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."