Nazirlikdən paytaxtda baş verən qətllə bağlı AÇIQLAMA

media-hightechnic-468x90

Daxili İşlər Nazirliyi paytaxtda baş verən qətllə bağlı açıqlama yayıb.

Yenicag.az xəbər verir ki, hadisə iyunun 23-də saat 23 radələrində Buzovna qəsəbəsi ərazisində baş verib.

Qəsəbə sakini Murad Baxşıyevin münaqişə zəminində, idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Xaçmaz rayon sakini Rəşad Əliyevi vurması və sonuncunun hadisə yerində ölməsi barədə Xəzər rayon Polis İdarəsinin 2-ci polis şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən Murad Baxşəliyev tutulub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600