!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Nazirlikdən polisin öldüyü qəza ilə bağlı məlumat

!Reklam – Yazi

İyulun 2-də Ağdaş rayonunun Yuxarı Ləki kəndi ərazisində Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı, polis baş serjantı Samir Zamanpurun idarə etdiyi “VAZ-21011” markalı avtomobil ilə Ucar rayon sakini Dursun Məmmədovun idarə etdiyi “VAZ-21011” toqquşub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, nəticədə S.Zamanpur aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Digər nəqliyyat vasitəsinin sürücüsü və bir nəfər sərnişini isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.

www.yenicag.az

176
Ads
www.veteninfo.com
!Reklam – Arxiv