Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Nazirlikdən restoran sahiblərinə XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bəzi restoranlardan havaya tüstünün, iy-qoxunun yayılması ilə bağlı yenidən şikayətlər daxil olduğundan ictimai-iaşə obyektlərində təkrar monitorinqlər aparılıb.

Yenicag.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, monitorinqlər zamanı məlum olub ki, əksər obyektlərdə təmizləyici qurğular quraşdırılsa da, onlara vaxtında texniki xidmət göstərilmədiyindən, filtrlər vaxtaşırı təmizlənmədiyindən havaya yenidən tüstü və iy-qoxu yayılır. Bu da sakinlərin haqlı narazılığına səbəb olur:

“Filtrlərin təmizlənməsi nə çətin işdir, niyə bunu vaxtında etmirlər? Artıq Məhərrəmliyin son günləridir, toyların başlamasını nəzərə alaraq, ictimai-iaşə obyektlərinin sahiblərinə müraciət edirik ki, filtrləri vaxtında dəyişsinlər və havaya atılmaların qarşısını alsınlar. Əks halda, onlar barəsində inzibati qaydada tədbirlər görüləcək”.

www.yenicag.az

1529
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM