Nazirlikdən sərt xəbərdarlıq

media-hightechnic-468x90

66670Nəqliyyat Nazirliyi avtomobillərini qeyri-qanuni park edən sürücülərə xəbərdarlıq edib.
Yenicag.az anspress-ə istinadən bildirir ki, Avropa Oyunları ilə əlaqədar olaraq nəqliyyat sahəsində işlərə start verilib.

Nazirlriyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov bu barədə məlumat verib. O, həm nazirlik əməkdaşları, həm də yol polisinin qanunsuz parklanma ilə mübarizəni gücləndirdiyini deyib.

Onun sözlərinə görə, yol polisi həmin maşınları inzibati qaydada cərimələsə də, bunun yenə də xeyri olmur.

“Bunun üçün nəqliyyat müfəttişliyi də çalışır və avtomobili düzgün park etməyən sürücülərə inzibati protokol tərtib edilir”.

Bütün bu tədbirlərin heç bir nəticə vermədiyini deyən Namiq Həsənov bundan sonra gücləndirilmiş iş rejimində işləyəcəklərini qeyd edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600