Neftçalada 50 yaşlı kişi intihar etdi

Neftçalada intihar hadisəsi baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Haqverdi kəndində qeydə alınıb.

Kənd sakini, 1970-ci il təvəllüdlü Hüseynov Eldar Fazil oğlu yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib. İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Loading...