“Neftçi” “Qəbələ”yə qalib gəldi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2-ci tura yekun vurulub.

Yenicag.az xəbər verir ki, son oyun günündə də iki görüş baş tutub.

Premyer Liqanın debütantı “Sabah” “Sumqayıt”ı qəbul edib. Beş qolun qeydə alındığı matçda sumqayıtlılar əzmkarlıqla darmadağına imza atıblar.

“Neftçi” və “Qəbələ” arasındakı oyuna maraq isə daha çox idi. Bu oyun turun mərkəzi qarşılaşması sayılırdı. Bu görüşdə bakılılar qalib gəliblər və vahid liderliyə yüksəliblər.

Azərbaycan Premyer Liqası
2-ci tur

19 avqust

Neftçi – Qəbələ 2:1
Qol: B.Dabo, 36. D.Frederiko, 48 – R.Əliyev, 86.
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Ömər Paşayev
Bakı. “Dalğa Arena”, 18:30.

Sabah – Sumqayıt 1:4
Qol: M.Deviç, 10 – N.Qurbanov, 18. E.Məmmədov, 33-pen. Ş.Əliyev, 43. Ü.İsgəndərov, 84.
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov
Masazır. “Əlincə Arena”, 20:30.

Turun digər oyunları: Səbail – Qarabağ 0:2, Zirə – Keşlə 2:2.