Çingiz Abdullayevin müsahibəsi REZONANS DOĞURDU: “Kimisə saxlatdırması doğru deyil”

media-hightechnic-468x90

“Hərbi xidmətdən yayınmağa şərait yaratmaq və buna xidmət göstərmək cinayət məsuliyyəti yaradır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında hüquqşünas, Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov bildirib.

media-74819728

Müsahibimiz yazıçı Çingiz Abdullayevin mediaya verdiyi fikirlərini şərh edib.

Xatırladaq ki, Ç. Abdullayevin müsahibəsində Müşahidə Şurasının sədri olduğu vaxt “Neftçi” futbolçuları haqqında “klubdan kimisə əsgərliyə çağırırdılar, zəng edib saxladırdım” ifadəsindən istifadə etməsi ictimaiyyətin narazılığına səbəb olmuşdu.

X. Bəşirov Ç. Abdullayevin verdiyi müsahibə ilə tanış olduğunu diqqətə çatdırıb:

“O müsahibə ərzində və ya sanki müsahibənin təsiri altında bəzi fikirlər səsləndirib, “Neftçi” Müşahidə Şurasının sədri olarkən atdığı addımlardan bəhs edib. O, komandanın nəticələrinə, qələbələrinə töhfə vermək məqsədilə etdiyini dilə gətirir, amma təbii ki, hüquqa zidd fikirlər də səsləndirib. Hansı ki, kimisə orduya çağırıblar, zəng edib saxlatdırdığını qeyd edib. Bu, əslində, doğru fikir deyil. Bu cür ictimai nüfuzu olan və məsul vəzifədə çalışmış şəxs tərəfindən belə fikirlərin səsləndirməsi düzgün hərəkət deyil. Fərqi yoxdur, kimin harada olmasından asılı olmayaraq futbolda və ya digər idman növlərində hansısa şəxsləri ordudan saxlanılması məsələsinin bu formada primitiv şəkildə səsləndirilməsi hüquq və qanunazidd yanaşmadır”.

“Orduya çağırılan şəxsi saxlatdırmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş hallar mövcuddur. Bu hallardan başqa kiminsə ordudan saxlanılması qanunsuzdur. Düşünürəm ki, ola bilər, kimlərinsə idman sahəsinə töhfə verəcək yüksək istedada sahib olması amilini nəzərə alıb onun hərbi xidmətin təxirə salınması mümkündür, amma zəng və ya hansısa formada kimisə orduya aparmaqdan saxlatdırması doğru deyil”, – deyə o, əlavə edib.

X. Bəşirov qeyd edib ki, Ç. Abdullayevin bu fikirləri müəyyən şəxslərin orduya çağırılmasının qarşısını almağa çalışmağa təşviq etmək kimi anlaşıla bilər:

“Bu ifadələr xoşagəlməz olsa da, hərbi xidmətdən yayınmağa şərait yaratmaq kimi anlaşılır. Bəlkə də bunun təsərrüfatlarına varsaq, o zəngdən sonra müvafiq prosedurlar keçirilib, sənədlər təqdim olunub və prosedurlara riayət edilib. Bu baxımdan, mən təfərrüatlarına varmadan və qanunvericilikdə hansısa müddəaya istinad vermədən qeyd etmək istərdim ki, Azərbaycan Cinayət Qanunvericiliyində də hərbi xidmətdən yayınma birmənalı şəkildə qadağandır və bu cinayət məsuliyyəti yaradır. Bundan əlavə, hərbi xidmətdən yayınmağa şərait yaratmaq və buna xidmət göstərmək də məsuliyyət yaradan amillərdəndir”.

Nurlan Cəfəri

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600