“Neftçi”dən inamlı qələbə, “Qəbələ”dən xal itkisi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 21-ci tura yekun vurulub.

Yenicag.az xəbər verir ki, son oyun günündə iki görüş baş tutub.

“Qəbələ” doğma meydanda “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib. Turun əvvəlki iki matçında olduğu kimi, bu qarşılaşmada da qalib müəyyənləşməyib.

“Neftçi” isə paytaxt derbisində “Səbail”lə qarşılaşıb. İlk yarıda qapılara qol vurulmayıb. Amma fasilədən sonra İqnasio Herreranın dublu “Neftçi”ni bu turun yeganə qalibinə çevirib.

Xatırladaq ki, turun ötən gün baş tutan oyunlarında “Kəpəz” “Zirə” ilə (0:0), “Qarabağ” isə “Keşlə” ilə (1:1) bərabərə qalmışdı.

Azərbaycan Premyer Liqası
21-ci tur
2 aprel

“Qəbələ” – “Sumqayıt” 1:1
Qollar: S.Monroz, 55 – N.Qurbanov, 82.
Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Vüqar Bayramov, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu, 17:00.

“Neftçi” – “Səbail” 2:0
Qollar: İ.Herrera, 49; 87.
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Azər Əsgərov, Ramil Diniyev
Bakı. 8-ci km stadionu, 19:30.