Səbail Rayon Polis İdarəsi və 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs saxlanılıb.
Səbail rayonu ərazisində Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun, RİHBA-nın əməkdaşlarının, hüquq-mühafizə orqanlarının nümayəndələrinin və xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün əhali arasında maarifləndirmə işlərinin aparılması məqsədilə yaradılmış mobil qrup üzvlərinin iştirakı ilə keçirilən reydlər davam etdirilir.