“Neftçi”nin futbolçusu yenidən zədələndi

media-hightechnic-468x90

“Neftçi”nin futbolçusu Rəhman Hacıyev yenidən zədələnib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın baş həkimi Şaiq Zöhrablı klubun televiziya kanalına açıqlaması zamanı deyib.

O bildirib ki, sol baldır əzələsindəki zədəsini sağaldaraq fərdi məşqlərə başlayan 30 yaşlı yarımmüdafiəçinin məşq zamanı sağ baldır əzələsində dartılma əmələ gəlib. Hacıyevin təxminən 2-3 gündən sonra individual hərəkətlərə başlaması planlaşdırılır.

“Neftçi”nin digər zədəli futbolçuları Eddi İsrafilov və Fərid Yusifli fiziki hazırlıq üzrə məşqçinin rəhbərliyi altında fərdi məşqlərini davam etdirirlər.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05