!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Neftimiz terror təhlükəsi ilə üz-üzədir?

!Reklam – Yazi

10811636_10204301109240623_774316816_nİlham Şaban: “İŞİD-in bu istiqamətdə təhdidləri…”

Zəfər Vəliyev: “Bakı-Tiflis-Ceyhan kəməri…”

Azərbaycan nefti əsasən Bakı-Tiflis-Ceyhan kəmərilə axır. Hansı ki, kəmərin keçdiyi bölgəyə yaxın ərazilərdə bir sıra qarışıq vəziyyət var. İŞİD terror təşkilatı İraq və Suriyada dağıntılar törətmək və ərazilər ələ keçirməkdə davam edir. bundan başqa PKK həmin bölgədə son dərəcə aktivdir. Belə bir vəziyyət isə Bakı-Tiflis-Ceyhan neft kəmərinin də təhlükəsizliyinin nə dərəcədə təmin edildiyi məsələsini gündəmə gətirir. Görəsən, bu kəmər təhlükəsizdirmi?

 

Yenicag.az-a açıqlamasında ekspert İlham Şaban bidirir ki, “Bakı-Tiflis-Ceyhan neft kəməri işə düşməmişdən öncə Azərbaycan, Gürcüstan və Türkiyə arasında təhlükəsizliklə bağlı sazişlər olub. Hətta bu istiqamətdə təhlükəsizlik təlimləri də keçirilib. Bilirsiniz ki, bu kəmər 2006-cı ildən istifadəyə verilib, bu müddət ərzində 2 milyard barrelə yaxın neft daşınıb. Cəmi bir dəfə, 2008-ci ilin avqust ayında bu kəmərin keçdiyi Türkiyə ərazisində partlayış oldu. Lakin bu da terror aktı deyildi. Bir dəfə də Supsa ərazisində neft oğurluğuna cəhd olub. Başqa bu istiqamətdə hansısa cəhdlər olmayıb. Kəmər tam şəkildə təhlükəsiz fəaliyyət göstərir. İŞİD-in bu istiqamətdə təhdidləri də ancaq hər hansı bəyanatlar şəklində olur. Ona görə də bu istiqamətdə qorxulu vəziyyət yoxdur”.
axar.az1397046587Zefer-VeliyevDigər ekspert Zəfər Vəliyev də bu məsələdə optimistdir: “Bilirsiniz ki, Yaxın Şərqdə, Suriya və İraqda siyasi vəziyyətin gərginləşməsi, İŞİD-in geniş terror cəhdləri, sözügedən iki ölkə ərazisinin müəyyən bir hissəsinə nəzarət etmələri təbii ki, həmin regiondakı ixrac kəmərlərini də təhlükə altına alır. ARDNŞ və onun xarici tərəfdaşlarının Qərb istiqamətindəki əsas ixrac boru kəməri olan Bakı-Tiflis-Ceyhan kəmərinə isə elə bir təhlükə yoxdur. Çünki, bu kəmər Azərbaycan, Gürcüstan və Türliyə ərazisində ciddi nəzarət altındadır. Həm hərbləşdirilmiş dəstələr vasitəsilə, həm də avtomatik idarəetmə sistemi vasitəsilə. İstənilən kənar müdaxiləyə hazırlıq terror hallarının qarşısını almaq imkanına malikdir. Ona görə də düşünürəm ki, İŞİD-in Suriya və İraqdakı fəaliyyəti Bakı-Tiflis-Ceyhan kəmərinə təhlükə törədə bilməz. Kəmər tam güvənli qüvvələrin nəzarəti altındadır. Təhlükə olacaqsa, hər üç ərazidə onun qarşısı anındaca alınacaq. Son zamanlar İraqda İŞİD-in nəzarətində olan neft yataqlarının da bir hissəsi geri alınıb. İraqın Bəyci bölgəsindəki neft emalı zavodu da artıq İŞİD-dən təmizlənib. Güman ki, yaxın zamanlarda Kərkük-Ceyhan kəməri də fəaliyyətini bərpa edəcək”.

Rüfət

www.yenicag.az

876
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv