!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Neftin bareli 20 dollara düşəndə büdcəyə yenə təkrar baxılacaq?”

!Reklam – Yazi

 

Akif Nəsirli: “Büdcədə “qara qızıl”ın qiymətinin 30 dollardan götürülməsi  də təhlükəlidir”

Azərbaycan hökuməti yaranmış hazırkı durumda neftin bir barrelini dövlət büdcəsində 30 dollardan götürmək istəyir. Bu barədə Mərkəzi Bankın İdarə Heyəti sədri Elman Rüstəmovun mətbuatda açıqlaması gedib. Qeyd edək ki, keçən ilin sonlarında 2016-cı ilin dövlət büdcəsi müzakirə edilən zaman büdcədə neftin bir barreli 50 dollardan götürüldü. Hansı ki, Milli Məclisdə belə bir qərar verilməmişdən öncə belə aydın idi ki, 2016-cı il üçün neftin bir barrelinin 50 dollar səviyyəsində olacağı gözlənilən deyil. Lakin buna baxmayaraq, parlament neftin bir barrelini 50 dolalrdan götürdü. İndi isə görünür hökumət səhvini başa düşərək, yenidən büdcə müzakirələrinə başlamaq və neftin bir barrelini 30 dollardan götürmək istəyir.

Yenicag.az-a açıqlamasında “Liberal İqtisadçılar” İctimai Birliyinin sədri Akif Nəsirli düşünür ki, neftin büdcə qiymətinin hazırkı situasiyada 30 dollardan götürülməsi də təhlükəlidir: “Azərbaycan neftinin hazırda dünya bazarındakı qiyməti 30 dollardan da aşağı düşüb. Neftin qiymətinin bu səviyyəyə qədər aşağı düşməsi onu göstərir ki, büdcədə “qara qızıl”ın qiymətinin 30 dollardan götürülməsi  də təhlükəlidir. Belə ki, gələcəkdə neftin bir barreli 20 dollara düşəcəyi halda, Azərbaycan dövlət büdcəsinin icrasında problemlər yaranacaq. Amma məsələ ondadır ki, neftin qiymətinin 20 dollaradək  enəcəyini proqnozlaşdırsalar da, dünya üzrə beynəlxalq ekspertlər cari il üçün “qara qızıl”ın ortalama qiymətini 30 dollardan yuxarı götürürlər. Yəni onların proqnozlarına görə neftin qiyməti ilin yarısına qədər enmələrlə müşayiət olunacaq, ilin ikinci yarısından sonra isə bu istiqamətdə qalxmalar olacaq. Bu qalxma da 36-40 dollar arasında olacaq. Məsələyə bu baxımdan yanaşsaq büdcədə neftin bir barrelini 30 dollardan götürmək olar. Amma məsələ ondadır ki, Azərbaycan hökuməti xüsusi ekspert komissiyası yaradıb beynəlxalq ekspertləri də ora cəlb etməklə, ətraflı ekspertiza aparmaqla optimal bir variant seçməlidir. Eyni zamanda, Azərbaycan hökuməti ölkə büdcəsinin artıq neftin dünya bazarındakı qiymətindən asılı olma praktikasından birdəfəlik əl çəkməlidir. Bunun üçün də müəyyən addımlar atılmalıdır ki, bu da bir və yaxud beş günün işi deyil. Amma bu istiqamətdə hələlik hansısa bir addımın atıldığını görmürəm”.

ELÇİN

COP29

www.yenicag.az

487
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv