Neftin qiyməti rekord həddə çatdı

media-hightechnic-468x90

79799Neftin qiyməti iki həftə ərzində sürətlə rekord dərəcədə artıb.

Yenicag.az xəbər verir ki, neftin qiymətinin belə bir dinamika ilə artımı ilk dəfə 1998-ci ildə müşahidə olunub.

Belə ki, ICE Futures London birjasında Brent markalı neftin bir barrelinin qiyməti 1,58 dollar (2,79%) arataraq 58,15 dollara qədər yüksəlib.

Bundan əvvəl isə dünya bazarlarında neftin bir barrelinin qiyməti 3% artıb. Son iki həftədə isə Brent markalı neftin bir barreli 18% bahalaşıb. Belə bir tendensiya ilk dəfə 1998-ci ildə müşahidə edilmişdi.

Qeyd edək ki, yanvarın 26-da OPEK rəhbəri Abdulla əl-Bədri bəyan etmişdi ki, yaxın vaxtlarda neftin bir barrelinin qiyməti 200 dollar olacaq.

Əl-Bədrinin sözlərinə görə, neft bazarında özünü tənzimləmə əlamətləri görünür. Çünki enerji şirkətləri xərcləri kəsərək, sərmayələri azaldır. Bu isə istehsalın azalması ilə nəticələnir. ABŞ-da fəaliyyət göstərən quyuların sayı nəzərəçarpacaq dərəcədə azalıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600