Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Neftlə bağlı MÜSBƏT PROQNOZ - Qara qızılın bahalaşmasının ölkə iqtisadiyyatına TƏSİRİ - ŞƏRH

“Gələn il neft qiymətlərinin 100-120 dollaradək bahalaşma ehtimalı var”.

Bunu “Bank of Amkerika”nın dünyada koronavirusa qarşı peyvəndləmənin sürətini, qlobal mobilliyin artmasını, OPEK+ ölkələrinin təkliflə bağlı intizamlı davranışı əsas götürərək  2022-ci ildə Brent markalı neftin qiymətinin 100 dollara qədər, analitiklərin 2021-ci ildə 60 dollardan 68 dollara qalxacağı ilə bağlı proqnozlarını şərh edən iqtisadçı Eldəniz Əmirov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, pandemiyanın təsirləri azaldıqca və iqtisadi aktivlik artdıqca məhdudiyyət həcmlərinin azaldılmasına, dolayısı ilə hasilatın artımına qərar verilib. Lakin bu qərar bütün məhdudiyyətlərin götürülməsi yox, yalnız planlı azaldılmasıdır:

“2021-ci ilin aprel ayında gündəlik məhdudiyyət həcmi 6,9 milyon barel təşkil edir.

Hasilat həcmlərinin azaldılmasının dəqiq icrası üçün hər bir ölkənin müəyyən tarixdəki hasilat həcmi baza ili olaraq əsas götürülməli idi. Buna görə də bütün ölkələr üçün bu baza tarixində 2018-ci ilin oktyabr ayında olan həcmlər əsas götürülüb. Səudiyyə Ərəbistanı və Rusiya üçün isə gündəlik 11 milyon barel olub.

Aprelin 1-də yeni razılaşmaya görə məhdudiyyət həcmlərində dəyişikliklər olub. Bu qərardan mayın birindən başlayaraq Azərbaycanın da bəhrələnməsi nəzərdə tutulub. Belə ki, məhdudiyyətlərin nisbətən azaldılması ilə bağlı olan son qərara görə Azərbaycan gündəlik xam neft istehsalını mayda 8 min, iyunda 7 min, iyulda isə 10 min barel artıra biləcək”.

İqtisadçı hesab edir ki, Azərbaycanın məhdudiyyət öhdəlikləri mayda 115 min barel, iyunda 108 min barel, iyulda isə 98 min barel olacaq:

“Bu məhdudiyyətləri və baza həcmlərini nəzərə alsaq, deməli Azərbaycanda gündəlik xam neft istehsalı müvafiq olaraq mayda 603 min barel, iyunda 610 min barel və iyulda 620 min barel təşkil edəcək.

Bu məhdudiyyətlər dinamikası isə ümumi olaraq OPEC+ ölkələri mayda 6,55 mln. barel, iyunda 6,2 mln. barel, iyulda isə 5,76 mln. barel müəyyən edilib.

OPEC+ ölkələrinin aprel ayındakı məhdudiyyəti ümumi olaraq gündəlik 7,9 milyon barel, mayda 7,3 milyon, iyunda 6,6 milyon və iyulda isə 5,76 milyon barel olması gözlənilir”.

Eldəniz Əmirov qeyd edib ki, pandemiyanın təsirlərinin azalması, peyvəndin müsbət gözləntiləri və iqtisadi aktivliyin bərpası baş verdikcə dünyada neftə olan təlabatın sutkalıq 100 milyon barelə yüksəlməsi mümkündür:

“Ona görə də OPEC+ ölkələrin neft hasilat həcmlərinin tam bərpa etmədiyi təqdirdə neft qiymətlərində enişlərin başvermə ehtimalı çox aşağıdır. Əksinə planetin iqtisadi aktivliyi, sənayenin öz əvvəlki fəaliyyət rejiminə dönməsi qiymətlərə kifayət qədər müsbət təsir göstərə bilər.

Hazırda OPEC-in səbətində 13 neft markası var. Bu OPEC-ə üzv olan ölkələrin hasil etdiyi neftlərin markalarından ibarət bir səbətdir. Bu səbətə daxil olan neft markalarının ortalama qiyməti bu ilin 18 iyun tarixində 71.26 dollar olub. Bu haqda OPEC rəsmi saytında məlumat yerləşdirib.

Amma İranla Niva danışıqlarının bərpa edilməsi İran neftinin bazara daxilolma fürsətini yaradır. Bu isə əlavə təkliflər deməkdir. Hazırda isə neftə olan təlabat artır və bu baxımdan qiymətlərdə azalmanı mümkünsüz edir.

Hələlik avqustdan sonrakı aylarda neft hasilat həcmlərinin azalması ilə bağlı OPEC+ tərəfindən heç bir təklif yoxdur. Buna görə də fyuçerslərin qiyməti üzü yuxarıdır. İclasın keçirilməsinə isə cəmi 10 gün qalıb. 1 iyulda olacaq OPEC+ ölkələrinin toplantısı qiymət qrafikini sındıra bilər. Qarşıdakı ildə isə hansısa beynalxalq aləmdə ciddi gözlənilməz hadisələr baş verməsə, İran nefti aktiv şəkildə bazara daxil olmasa, neft qiymətlərinin 100-120 dollaradək artım ehtimalı vardır”.

Neft qiymətlərinin bahalaşması isə ölkə iqtisadiyyatı üçün əlavə imkanlar yaradır:

“Lakin düşünürəm ki, büdcəyə yenidən baxılmaq məsələsi gündəmə gəlsə də, hökumət bu fikrə düşməməlidir. Mövcud neft qiymətlərinin büdcədə nəzərdə tutulan həddən (40 USD) 75-80 faiz artıq qiymətə, yəni 70-74 dollara satılmasına baxmayaraq, yaxşı olardı ki, bu vəsait DNF azaldılmış ehtiyatlarının bərpasına xidmət etsin. Çünki 3-5 il sonra nefti və iqtisadiyyatımızı nələr gözlədiyini 100 faiz proqnoz etmək mümkün deyil. Amma ölkə iqtisadiyyatının tənzimlənməsi prosesində əminlik yaradacaq ehtiyatlar isə həmişə lazımdır”.

Gülşən Şərif

www.yenicag.az

266
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100