Nemtsovun qatilləri görüntüləndi-Video
İnternetdə siyasətçi Boris Nemtsovun qatillərin olduğu ehtimal edilən avtomobilin uzaqlaşması əks olunan video yayılıb.
Yenicag.az xəbər verir ki, açıq rəngli avtomobil Nemtsovun qətlə yetirildiyi yerdən uzaqlaşır. Qətldə şübhəli bilinən şəxslər diqqət çəkməmək üçün elə də tələsmirlər. Maşın saatda 60km sürətlıə hərəkət edir.
Qeyd edək ki, Boris Nemtsov ötən gün Moskva vaxtı ilə 23:37-də öldürülüb. Rusiya polisi qatillərin hadisə yerindən qaçdığı “Ford Mondeo” və “Kio-Rio” maşınlarını axtarır. Qatillər Boris Nemtsova 6 güllə atıblar. Onlardan dördü hədəfə dəyib. Nemtsov başından, ürəyindən, mədəsindən və qara ciyərindən güllə yarası alıb. Rus siyasətçi daxili qanaxmadan keçinib.