Nemtsovun qətlində şübhəli bilinənlərin görüntüləri- Video

media-hightechnic-468x90

907153tgreRusiyanın tanınmış siyasətçisi Boris Nemtsovun qətlində şübhəli bilinən şəxslərin görüntüləri yayılıb.

“Smolensk” metrosu yaxınlığında tapılan maşında olan iki kişinin görüntüsü nəzarət kameralarına düşüb.

İlkin ehtimallara görə, siyasətçinin qatilləri məhz onların düşdüyü “Lada-Priora” avtomobili vasitəsilə hadisə yerindən uzaqlaşıblar.

Hazırda kriminalistlərin bu fərziyəni fakta çevirmək üçün heç bir sübutu yoxdur. Həmin maşın İnquşetiya Respublikası sakini olan bir qadının adına qeydiyyatdadır.

Qeyd edək ki, müxalifətçi Boris Nemtsov fevralın 28-də gecə saatlarında öldürülüb. Ona ağ rəngli maşından 6 dəfə atəş açılıb. Güllələrdən 4-ü hədəfə dəyib.

Nemtsov hadisə yerindəcə keçinib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600