Nemtsovun qətlinin şahidi danışdı-Video
Rusiyanı silkələyən qətl hadisəsinin şahidi danışıb.
Yenicag.az anspress-ə istinadən bildirir ki, Viktor adlı şəxs bildirib ki, cinayətkarlar Boris Nemtsovu onun gözləri önündə güllələyiblər.
O, hətta müxalifətçi lideri xilas etməyə cəhd etdiyini də deyib.
Viktor Böyük Moskvoretskom körpüsünün yanında gəzən siyasətçi və rəfiqəsindən təxminən 80 metr aralıda gəzirmiş. Onun sözlərinə görə, başı telefona qarışdığından ətrafdakılara əhəmiyyət verməyib və ondan öndə qızla gəzən kişinin qəfildən yerə yıxıldığını görüb.
Borisin cəsədinin yanından keçən bir kişi isə qaçmağa başlayıb. O, hasarı tullanaraq düz körpüyə qaçıb və onu ikinci sırada gözləyən maşına oturub. Viktor avtomobilin markasını xatırlaya bilməsə də, onun yerli istehsal olduğunu ehtimal etdiyini deyib.
Yerdə uzanan Nemtsova kömək etmək istəsə də, artıq gec olub. Kürəyindən bir neçə güllə almış müxalifətçi xırıldamağa başlayıb və dünyasını dəyişib. Viktor onun əllərində dünyasını dəyişən şəxsin məşhur siyasətçi olduğunu sonra bilib.
Xatırladaq ki, Boris Nemtsov fevralın 27-də Moskva vaxtı ilə 23:37-də öldürülüb. Rusiya polisi qatillərin hadisə yerindən qaçdığı “Ford Mondeo” və “Kia-Rio” maşınlarını axtarır. Qatillər Boris Nemtsova 6 güllə atıblar. Onlardan dördü hədəfə dəyib. Nemtsov başından, ürəyindən, mədəsindən və qara ciyərindən güllə yarası alıb. Rus siyasətçi daxili qanaxmadan keçinib. Hadisə baş verən vaxt Nemtsovun birlikdə olduğu 23 yaşlı ukraynalı model Anna Duritskaya onun yanında olub.