Nemtsovun qətlinin şahidi Moskvanı tərk etdi
Rusiya müxalifət lideri Boris Nemtsov qətlə yetirilərkən siyasətçinin yanında olan Ukrayna vətəndaşı, model Anna Duritskaya Moskvanı tərk edərək Kiyevə gedib.
Bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü deyib.
Sözçü bu barədə özünün Tvviter hesabında yazıb : “Duritskaya Kiyevə uçdu”.
Qeyd edək k, fevralın 28-də 55 yaşlı müxalifət lideri Nemtsov Duritskaya ilə Moskvanın mərkəzində küçədən keçərkən anonim silahlı tərəfindən siyasətçiyə atəş açılıb. Nemtsov aldığı güllə yarasından yerində keçinib. Duritskaya Ukraynaya qayıdaraq xəstə və stress içərisində olan anasının yanında olmaq istədiyini bildirib.