Nəqliyyatçıların maaşı artdı

media-hightechnic-468x90

61911Bu ilin yanvar-sentyabr aylarında nəqliyyatçıların orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz artaraq 538,9 manat olub.
Bu göstərici hava nəqliyyatında 786,2 manat, dəniz nəqliyyatında 736,8 manat, metro nəqliyyatında 587,2 manat, avtomobil nəqliyyatında 530,7 manat, dəmir yolu nəqliyyatında isə 254,9 manat təşkil edib.

Əməkhaqqı metroda 10,8 faiz, avtomobil nəqliyyatında 6,8 faiz, dəmir yolu nəqliyyatında 5,2 faiz, dəniz nəqliyyatında isə 1,1 faiz artıb. Cari ilin doqquz ayında nəqliyyat müəssisələrində işləyən 74,5 min muzdlu işçinin 72,2 faizi dövlət müəssisələrində, 27,8 faizi özəl bölmədə çalışıb.

İşçilərin 51,2 faizi yerüstü və boru kəməri, 12,3 faizi su, 16,1 faizi hava nəqliyyatı, 20,4 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləyib. (qafqazinfo.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600