!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nərimanov rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçirildi - FOTO

!Reklam – Yazi

Xalqımızın milli bayramı olan Novruz bayramı ərəfəsində əhalinin ərzaq məhsulları ilə təminatınının yaxşılaşdırılması, o cümlədən çeşidini genişləndirməklə seçmək və əlverişli qiymətə almaq imkanının yaradılması məqsədi ilə martın 2-dən 21-dək Bakı şəhərinin müxtəlif yerlərində kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsinə başlanıb.

Yenicag.az xəbər verir ki, bununla əlaqədar olaraq Bakı Şəhər İcra Hakimiyyəti ilə Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Nərimanov rayonunda metronun “Gənclik” stansiyasının yaxınlığında kənd təsərrüfatı məhsullarının satış yarmarkasına start verilib.

Yarmarkada Respublikamızın müxtəlif rayonlarından gətirilmiş 100-ə yaxın çeşiddə kənd təsərrüfatı məhsulları təzə və keyfiyyətli olmaqla, eyni zamanda, bazarlardakından ucuz qiymətə əhaliyə təqdim olunur.

Nərimanov rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları üçün ayrılan yer müasir standartlara uyğun və qapalı formada təşkil edilib, istehlakçılar və fermerlər üçün daha əlverişli ticarət mühiti yaradılıb, habelə kənd təsərrüfatı məhsulları istehsalçılarının topdan və pərakəndə satış bazarlarına çıxış imkanlarının genişləndirilməsi təmin olunub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, İcra Hakimiyyətinin rəhbərliyi və nümayəndələri tərəfindən yarmarkanın fəaliyyəti ilə yerində tanış olaraq müvafiq göstərişlərini veriblər.

Qeyd edək ki, yarmarkada müvafiq şəraitin yaradılması, əhali və fermerlər üçün əlverişli ticarət mühitinin formalaşdırılması, sui-istifadə hallarının aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülüb.

www.yenicag.az

12532
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv