!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nəsimi məktəbliləri yay istirahət düşərgəsinə yola düşdülər

!Reklam – Yazi

3301b0dc-7ba3-499a-a3a4-73f28f431813Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayonda yaşayan aztəminatlı, şəhid və Qarabağ veteranı ailələri, həmçinin valideyn himayəsindən məhrum olmuş uğaqların yay tətili günlərinin səmərəli və maraqlı keçirilməsi üçün silsilə tədbirlər keçirilir. Nəsimi ayon İcra Hakimiyyəti tərəfindən məktəbli gənclərin Vətənə, Bayrağa, Torpağa hörmət ruhunda tərbiyə olunması, şagirdlərdə hərbçi peşəsinə olan marağın daha da artırılması məqsədi ilə mütəmadi olaraq müxtəlif məqsədyönlü tədbirlər həyata keçirir.

Məktəbli gənclərin Vətən sərhədlərinə və sərhədçi peşəsinə hörmət ruhunda tərbiyə olunması məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyəti Dövlət Sərhəd Xidməti ilə birlikdə yeni layihənin həyata keçirilməsinə başlamışdır. Belə ki, Nəsimi rayonundakı orta məktəblərin 9-11-ci sinif şagirdləri üçün Şəki Sərhəd Dəstəsinin “Laza” sərhəd zastavasının bazasında “Sərhədçi” yay istirahət düşərgəsi təşkil olunmuşdur.

Nəsimi Rayon İcra Hakimiyyətində “Sərhədçi” yay istirahət düşərgəsində istirahət edəcək uşaqlar , onların valideynləri və məktəb rəhbərləri ilə birgə görüş keçirilmişdir.

Görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov iştirakçıları salamlamış, ölkə başçısı cənab İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevanın gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördükləri işlərdən, həyata keçirdikləri layihələrdən danışmış, rayonda yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən işlər, həyata keçirilən sosial layihələr barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, Dövlət Sərhəd Xidmətinin ilə birgə yeni layihə – «Sərhədçi» yay istirahət düşərgəsi yaradılmışdır. Bu il ilk dəfə yaradılan bu düşərgədə 100 nəfər Nəsimi rayon məktəblisi düşərgədə dincələcəkdir. Yay istirahət düşərgəsində məktəblilərin mənalı istirahət etmələri üçün xüsusi tədbirlər planı hazırlanmışdır. Plana əsasən məktəblilər arasında mini futbol, şahmat, dama və stolüstü tennis yarışları, müxtəlif əyləncəli, musiqili tədbirlər keçiriləcək, video proyektor vasitəsi ilə açıq səma altında Azərbaycan filmləri nümayiş etdiriləcək, Qəbələ rayonunun gəzməli və görməli yerlərinə ekskursiyalar təşkil olunacaqdır. Meşəlik ərazidə silahlı sərhəd pozucularının saxlanılması və sərhəd zastavasına müşayiət edilməsi mövzusunda məşğələ, pnevmatik silahdan atıcılıq yarışı, AK-74 və RPK-74 silahının sökülüb-yığılması, narkotik maddə və partlayıcı vasitənin xidməti itlər tərəfindən axtarılıb tapılması, sıra hazırlığı məşğələsi və digər tədbirlər şagirdlərin istirahətini daha maraqlı və səmərəli edəcəkdir.
Məktəblilərin yola salınma mərasimində çıxış edən valideynlər, istirahətə gedən uşaqlar yeniyetmələrin mənalı və yaddaqalan yay istirahəti üçün yaradılan şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.

İyul ayının 13-də məktəblilər Nəsimi Rayon İcra Hakimiyyətinin qaşısında toplaşmış, daha sonra Ümummilli Lder Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyduqdan sonra Qəbələyə “Sərhədçi” yay istirahət düşərgəsinə yola düşdülər.

www.yenicag.az

623
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv