Netanyahunun “xərçəng” davası bumeranq effekti verdi: Məhkəmədən tibbi sənədlərlə bağlı ŞOK QƏRAR

media-hightechnic-468x90

İsrailin Baş naziri Benyamin Netanyahunun mətbuata qarşı başlatdığı hüquqi mübarizə öz əleyhinə çevrilib. Baş nazirin jurnalistlərə qarşı açdığı təhqir davası çərçivəsində məhkəmə ondan indiyədək gizli saxlanılan prostat xərçəngi ilə bağlı bütün tibbi tarixçəsini və diaqnoz tarixlərini rəsmən tələb edib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, “Times of Israel” qəzetinin yaydığı məlumata görə, İsrail Mərkəzi Dairə Məhkəməsində baş tutan iclasda Baş nazirin şəxsi sağlamlıq durumu ilə bağlı kritik qərar qəbul edilib.

Hadisənin kökü 2024-cü ilə söykənir. Həmin vaxt Netanyahu onun ciddi xəstəlikdən əziyyət çəkdiyini iddia edən jurnalistlər Uri Misqav, Ben Kaspit və Şabak-ın (İsrail Daxili Təhlükəsizlik Xidməti) keçmiş əməkdaşı Qonen Ben İtshakı məhkəməyə verərək 500 min şekel (təxminən 135 min dollar) təzminat tələb etmişdi. O, bu iddiaların “böhtan və təhqir” olduğunu vurğulayırdı.

Lakin 2026-cı ilin aprelində Netanyahunun prostat xərçəngindən müalicə aldığını və xəstəliyi gizli şəkildə atlatdığını etiraf etməsi bütün prosesi tərsinə çevirib. İndi məhkəmə “xəstəlik iddiası yalandır” deyən Baş nazirdən həmin xəstəliyin diaqnoz tarixlərini sənədləşdirməyi tələb edir.

Hakim Menahem Mizrahi Baş nazirin şəxsi həkimi Tzvi Berkovitz və müalicəni aparan professor Aron Popovtzerin şahid qismində dindirilməsi barədə vəsatəti dəyərləndirib. Məhkəmə qərarına əsasən, Netanyahu prostat xərçənginin detallarını və diaqnozun ilk dəfə qoyulduğu tarixi özündə əks etdirən tibbi dosyenin mühürlənmiş variantını məhkəməyə təqdim etməlidir.

Bundan əlavə, həkim Berkovitz dosyenin orijinallığını və Baş nazirin aktual sağlamlıq durumunu əks etdirdiyini təsdiqləyən rəsmi sənəd imzalamalıdır. Sənədlərin məhkəməyə təqdim olunması üçün son müddət 13 may olaraq müəyyən edilib.

Yenicag.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05