Gürcüstanda prezident seçkilərinin gedişatını gürcü siyasi analitik, Strateji Araşdırmalar İnstitutunun siyasi məsləhətçisi Gela Vasadze Yenicag.ru-ya şərh edib.
Vasadzenin sözlərinə görə, beynəlxalq təşkilatlar gürcüstan MSK-nın məlumatları ilə razı deyillər:
“Azad seçkilər” qeyri-hökumət təşkilatının verdiyi məlumata görə, seçki fəallığı 46,6% (2013-cü ildə olduğu kimi) təşkil edib. Vaşadze 38,5%, Zurabişvili 37,6%, Bakradze 11% səs toplayıb. Onlara inanıb-inanmamağımız vacib deyil, vacib olan odur ki, beynəlxalq təşkilatlar və diplomatik korpus inanır”.
Vasadzenin fikrincə, QHT ilə rəsmi hökumət mənbələrinin məlumatları arasında ziddiyyət nəticədə Gürcüstanın demokratik imicinə kölgə sala bilər.
Xatırladaq ki, Gürcüstan MSK-nın seçkilərin birinci turunun nəticələrinə dair açıqladığı rəqəmlərə əsasən, müstəqil namizəd Salome Zurabişvili 38,6%, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze 37,74% səs toplayıb. Bu il dekabrın 1-də Gürcüstanda prezident seçkilərinin növbəti mərhələsi baş tutacaq.
www.yenicag.az