Nəticələr açıqlandı!
Rus bölməsinin abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə keçirilmiş ikinci imtahanın nəticələri elan olunub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış olmaq olar.
Qeyd edək ki, imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
***
TQDK rezidenturaya qəbul imtahanının II mərhələsinin nəticələrini də elan edib. İmtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış olmaq olar.
Qeyd edək ki, müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin baza fənləri üzrə imtahanda topladığı test balı 30-dan, ixtisas fənləri üzrə isə 50-dən az olmamalıdır(modern).