Nəzərlər “9 may”a yönəlib

media-hightechnic-468x90

88973Erməni mətbuatı 24 aprel “soyqırım” tədbirlərindən sonra diqqəti 9 mayda Moskvada keçiriləcək qələbə paradına yönəldib.

media-banner_tkm

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, az-çox müstəqil olan erməni saytları 9 mayda Moskvada İrəvan əleyhinə proseslərin cərəyan edəcəyini proqnozlaşdırırlar.

24 apreldə İrəvana səfər edən Rusiya prezidenti Vladimir Putinin bundan sonra Ermənistanla siçan-pişik oyununa son qoyacağı bildirilir. KİV Putinin 9 mayda Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyanın görüşünü təşkil edəcəyini yazır. Putinin Ermənistana Qarabağ münaqişəsinin həlli üçün öz planını qəbul etdirəcəyi deyilir.

“Avrasiya İqtisadi İttifaqının dağılması və Rusiyanın tərkibinə daxil olmağa hazır olmaq lazımdır”, – deyə erməni KİV-ləri həyəcan təbili çalır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05